Şrift:
Latviyanın Ventspils Şəhər Duması ukraynalı qaçqınlar üçün 100 min avro ayıracaq
10.03.2022 [09:27] - Xəbərlər, İqtisadiyyat
Latviyanın Ventspils Şəhər Dumasının növbədənkənar iclasında ukraynalı qaçqınlara dəstək məqsədilə 100 min avro məbləğində vəsaitin ehtiyat üçün saxlanılması qərara alınıb.

Latviya mətbuatına istinad xəbər verir ki, bu barədə Ventspils meriyası məlumat yayıb.

Bildirilir ki, Duma ukraynalı qaçqınlara yardım göstərilməsi fikrini dəstəkləyib və Ventspils Sosial Xidməti müvafiq işlər görəcək. Təhsil şöbəsi zərurət yarandıqda məktəblilərə yardım edəcək, bələdiyyə daşınmaz əmlakın idarə edilməsi şirkətinə və Ventspils Abadlaşdırma Kombinatı isə ərzaqların yerləşdirilməsi və paylanılmasını təşkil edəcək. Şimali Kurzeme regional xəstəxanası və Ventspils poliklinikası tibbi yardım göstərəcək, Ventspils Rəqəmsal Mərkəzi isə sakinləri kibertəhlükəsizliklə bağlı məlumatlandıracaq.
Bu xəbər oxucular tərəfindən 746 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed