10.03.2022 [09:34] - Xəbərlər, Siyasət
Son illər ölkəmizdə Prezident İlham Əliyevin təşəbbüsü və rəhbərliyi ilə geniş struktur islahatlarına start verilib. Məqsəd iqtisadi idarəetmə mexanizmini təkmilləşdirmək, ölkəmizin hərtərəfli inkişaf və tərəqqisini sürətləndirməkdir. Prezident İlham Əliyev 2018-ci il aprelin 18-də andiçmə mərasimində islahatların yeni dalğasını anons etdikdən sonra ölkəmizin bütün sahələrini əhatə edən çoxşaxəli islahatların yeni mərhələsi başlanıb. Dövlətimizin başçısı islahatlar modelini yığcam olaraq belə ifadə edərək bildirib ki, biz məqsədyönlü, düşünülmüş addımlar atırıq ki, ölkəmizin inkişafına yeni təkan verək, hələ də həll olunmamış problemləri həll edək, nöqsanları, xoşagəlməz halları, çatışmayan məqamları aradan götürək.
Bu fikirləri açıqlamasında Milli Məclisin deputatı Anar Məmmədov söyləyib.
A.Məmmədov qeyd edib ki, bu gün hakimiyyətin bütün qollarında - qanunverici, icraedici və məhkəmə hakimiyyətlərində islahatlar gedir, prosesi asanlaşdırmaq məqsədi ilə yeni hüquqi aktlar qəbul edilir. Bir sözlə, heç bir dövlət orqanı yenilənmə, islahat kursundan kənarda qalmır. Ölkənin ictimai-siyasi həyatının mənzərəsini müsbət mənada dəyişdirən bu siyasi-hüquqi, institusional və kadr islahatları 2019-cu ilin son aylarından etibarən daha da intensivləşib. Nazirlər Kabinetində, Milli Məclisin Aparatında, hüquq-mühafizə orqanlarında struktur və kadr dəyişiklikləri aparılıb, 2019-cu ilin noyabrında Prezident Administrasiyasının yeni strukturu təsdiqlənib və Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsi yaradılıb. Bu, ölkə rəhbərliyinin siyasi partiyalarla müntəzəm iş aparılması, sağlam əməkdaşlıq əlaqələrinin qurulması, habelə Milli Məclis ilə daha müntəzəm əlaqələrin təşkilinə verdiyi önəmin ifadəsidir.
“Təbii ki, ölkəmizdə həyata keçirilən köklü islahatlar qanunvericilik hakimiyyətindən də yan ötə bilməzdi. 2020-ci il fevralın 9-da keçirilmiş parlament seçkilərində bütün siyasi qüvvələrin, siyasi partiyaların maneəsiz iştirakına şərait yaradılması sayəsində Milli Məclisin yeni tərkibdə, çoxpartiyalılığa əsaslanmaqla yenidən formalaşması islahatlara mühüm töhfədir. Həmin vaxt ölkədə rəsmən mövcud olan 55 siyasi partiyadan 20-si seçkilərdə iştirak etdi. Seçkilərin yekunu olaraq parlamentə seçilmiş 121 nəfərdən 70-i Yeni Azərbaycan Partiyası, 10-u müxalif partiya nümayəndəsi, 41-i isə bitərəf idi.
Altıncı çağırış Milli Məclis ötən dövr ərzində yeni tərkibdə və yeni müstəvidə uğurla fəaliyyət göstərib və dövlətçiliyimizin, müstəqilliyimizin qorunmasına öz töhfəsini verib. Milli Məclisdə aparılan kadr islahatları çərçivəsində gənc və savadlı kadrlar, o cümlədən, Milli Məclisin Aparatında uzun illər fəaliyyət göstərən təcrübəli dövlət qulluqçuları qabaqcıl vəzifələrə irəli çəkilib. Vətən müharibəsi qazisinin ailə üzvünə Milli Məclisdə yüksək vəzifə verilib”, - deyə A.Məmmədov vurğulayıb.
Deputatın sözlərinə görə, öz işini dövlətimizin başçısının təşəbbüsü ilə həyata keçirilən islahatlar kursuna uyğun olaraq quran Milli Məclis normativ hüquqi bazanın formalaşdırılması istiqamətində səmərəli fəaliyyət göstərib.
A.Məmmədov bildirib ki, Milli Məclisdə aparılan islahatlar, siyasi partiyalarla qurulan konstruktiv əməkdaşlıq, iqtidar-müxalifət münasibətlərinin sağlam təməllər üzərində müzakirələr vasitəsilə inkişaf etdirilməsi daxili siyasi mühitdə yeni mərhələnin başlanğıcından xəbər verir.

Bu xəbər oxucular tərəfindən 390 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |