Şrift:
Malayziya hökuməti peyvənd olunmayan əcnəbiləri 5 gün karantində saxlayacaq
10.03.2022 [09:41] - Gündəm, Sağlıq
Malayziya peyvənd olunmayan və ya qismən peyvənd olunan əcnəbilərin ölkəyə gəlişinə icazə versə də, onları 5 gün karantində saxlamağa qərar verib.

Bu barədə Malayziyanın səhiyyə naziri Hayri Camuliddin sərhədlərin açılması ilə bağlı qaydaları şərh edərkən bildirib.

“Əcnəbilər ölkəyə gəldikdən sonra beş gün ərzində təcriddə qalacaqlar. Bununla yanaşı Malayziyada qüvvədə olan sosial məhdudiyyətlər onlara da şamil ediləcək”, - deyə nazir qeyd edib. Bu qaydalara görə, peyvənd olunmayanların ticarət mərkəzlərinə, ictimai iaşə obyektlərinə və idman zallarına daxil olması qadağandır.

Nazir həmçinin qeyd edib ki, bu məhdudiyyətlər 17 yaşadək uşaqlara və yeniyetmələrə də şamil ediləcək. Onlar ölkəyə çatdıqdan sonra 24 saat ərzində antigen testi verməlidirlər. Səhhəti ilə bağlı koronavirusa qarşı peyvənd olunmayanlar bu barədə rəsmi sənəd təqdim etməlidirlər.

Qeyd edək ki, Malayziyanın Baş naziri İsmail Sabri Yakob martın 8-də sərhədlərin tam açıldığını elan edib.

Son məlumatlara görə, Malayziyada yetkinlik yaşına çatmış sakinlərin 98 faizi tam peyvənd olunub.
Bu xəbər oxucular tərəfindən 3077 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed