Şrift:
Türk Dövlətləri Təşkilatının Ağsaqqallar Şurasının sədri Aşqabadda səfərdədir
11.03.2022 [09:47] - Xəbərlər, Siyasət
Türkmənistanın xarici işlər naziri Rəşid Meredov Aşqabadda səfərdə olan Türk Dövlətləri Təşkilatının Ağsaqqallar Şurasının sədri Binəli Yıldırım ilə görüşüb.

Görüşdə tərəflər Türkmənistanın müşahidəçi ölkə statusuna malik olduğu Türk Dövlətləri Təşkilatı çərçivəsində çoxtərəfli əməkdaşlığın genişləndirilməsi ilə bağlı fikir mübadiləsi aparıblar.

R.Meredov və B.Yıldırım Türk Dövlətləri Təşkilatının Ağsaqqallar Şurasının fəaliyyətinin ümumi mədəni dəyərlərin və adət-ənənələrin qorunub saxlanılmasına və inkişafına, gənclərdə ortaq tarixə hörmət hissinin aşılanmasına yönəldiyini qeyd ediblər. Türkmənistan Xarici İşlər Nazirliyinin rəhbəri ölkəsinin də Şuranın işində fəal iştirak etməyə hazır olduğunu bəyan edib.

Görüşdə martın 12-nə təyin edilən prezident seçkilərinin hazırlanması və keçirilməsi zamanı Türk Dövlətləri Təşkilatının müşahidəçilər missiyası ilə qarşılıqlı fəaliyyətinə xüsusi diqqət yetirilib.
Bu xəbər oxucular tərəfindən 543 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed