Şrift:
Rumıniyada yanacaqdoldurma məntəqələrində növbələr yaranıb
11.03.2022 [10:03] - Gündəm, Sosial
Rumıniyada vətəndaşlar yanacaqdoldurma məntəqələrində çəllək, kanistr və konteynerlərlə növbəyə düzülüblər.

Sürücülər yanacağın qiymətinin kəskin artması və onun ehtiyatlarının tükənməsi barədə sosial şəbəkələrdə məlumat aldıqdan sonra Rumıniyanın bir çox yanacaqdoldurma məntəqələrində növbələr yaranıb. Bəzi insanlar özlərini yalnız dolu bir çənlə məhdudlaşdırmayaraq yanacaq yığmaq üçün kanistrlər və digər konteynerlərlə gəliblər.

Energetika naziri Virgil Popesku yanacaqdoldurma məntəqələrindəki növbələrin əsassız olduğunu bildirib. O izah edib ki, qiymətlər bir gecədə artmayacaq və Rumıniyada kifayət qədər yanacaq ehtiyatı var. “Baş verənlər tamamilə əsassızdır. Rumıniyada yanacaqdoldurma məntəqələrində benzin və dizel yanacağının qıtlığından danışmağa dəyməz. İki böyük istehsalçı ilə danışdım, Petrom və Rompetrol. Belə növbələrin yaranması üçün heç bir səbəb yoxdur”, – deyə nazir bildirib
Bu xəbər oxucular tərəfindən 476 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed