Şrift:
SEPAH Ukraynaya qarşı döyüşmək üçün Rusiyaya 300 terrorçu göndərdi
11.03.2022 [10:22] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Onlar işğalçı rus ordusunun sıralarında Ukraynaya qarşı döyüşəcək.

Məlumata görə, həmin heyətdən 50 nəfəri SEPAH-ın "Qüds Qüvvələri"nin Suriyada "hərbi müşavir" adı altında döyüşən hərbçiləridir.

250 nəfər isə İraqda SEPAH-a bağlı yaraqlı dəstə olan "Əl-Nücəba" İslam Müqaviməti Təşkilatının üzvüdür.

Bildirilir ki, həmin qüvvələr ötən illərdə Suriya və İraqda gedən müharibələrdə partizan və küçə döyüşləri təcrübəsi qazandıqları üçün Rusiyaya gətirilib və Ukraynada da küçə döyüşləri baş verərsə, ora göndəriləcəklər.

"Wall Street Journal" da ötən günlər ərzində adını çəkmədiyi amerikalı rəsmilərə istinadən Rusiyanın Suriyadan Ukrayna müharibəsinə muzdluları cəlb etdiyini iddia edib.

Qəzet bunun səbəbini Rusiyanın Ukraynaya hücumunda gözlənilməz müqavimətlə rastlaşması ilə əlaqələndirib və bildirib ki, rəsmi Moskva bu səbəbdən şəhər döyüşlərində təcrübəsi olan suriyalı yaraqlıları münaqişəyə cəlb edib.

Amerikalı rəsmilər bu xüsusda Rusiya tərəfdən "Qüds Qüvvələri" və ona bağlı yaraqlıların da döyüşməsi ehtimalının olduğunu bildiriblər.
Bu xəbər oxucular tərəfindən 1267 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed