14.03.2022 [09:29] - Gündəm, Sağlıq
Serbiya hökumətinin qərarına əsasən, qapalı məkanlarda insanların sayı və COVID-19 infeksiyasına yoluxmuş insanlarla təmasda olanlar üçün karantin tətbiqi ləğv edilib.
Serbiyada COVID-19 sertifikatı tələbi də ləğv edilib, lakin qapalı yerlərdə maska taxmaq tövsiyə olunur. Səhiyyə müəssisələrində isə maskadan istifadə məcburi olacaq.
Beynəlxalq səyahətlərlə bağlı bütün qaydalar qüvvədə qalıb. Belə ki, ölkəyə daxil olanlardan COVID-19 sertifikatı, nəticəsi mənfi olan test və ya xəstəliyi keçirdiklərinə dair sənəd tələb olunacaq.
Yaşı 18-dən yuxarı olanlara koronavirusa qarşı üçüncü doza peyvəndin tətbiqindən 5 ay sonra dördüncü dozanın vurulması tövsiyə olunur. Bu, xroniki xəstəlikləri olan 60 yaşdan yuxarı insanlara da aiddir. Həmçinin 12-18 yaşlı uşaqlara peyvəndin üçüncü dozasının vurulması tövsiyə olunub.

Bu xəbər oxucular tərəfindən 2829 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |