Şrift:
İsveç son 29 ilin ən yüksək inflyasiya göstəriciləri ilə üzləşib
15.03.2022 [09:28] - Gündəm, İqtisadiyyat
İsveç son 29 ilin ən yüksək inflyasiya göstəriciləri ilə üzləşib.

İsveçin Statistika Təşkilatının son məlumatlarına istinadla xəbər verir ki, cari ilin fevralında inflyasiya nəzərəçarpacaq dərəcədə artaraq 1993-cü ilin dekabrından bəri ən yüksək səviyyəyə çatıb. Belə ki, fevralda inflyasiya səviyyəsi illik 4,5 faizə yüksəlib.

Bunun əsas səbəbi ərzaq məhsullarının bahalaşması olub. Mütəxəssislər qiymət artımına ümumiyyətlə tərəvəz və qəhvənin, eləcə də yanacağın bahalaşmasının səbəb olduğunu da vurğulayırlar. Bununla yanaşı, elektrik enerjisinin qiymətləri fevralda bir qədər ucuzlaşıb.

İsveçdə inflyasiyanın səviyyəsi yanvardan etibarən artmaqda davam edir.
Bu xəbər oxucular tərəfindən 663 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed