Şrift:
Ukrayna-Rusiya münaqişəsində əsir düşənlərin dəyişdirilməsi nəzərdə tutulur
15.03.2022 [09:30] - Xəbərlər, Sosial
Ukrayna və Rusiya müharibəsində əsir düşənlərin dəyişdirilməsi nəzərdə tutulur.

Bu barədə Ukraynanın Baş prokuroru İrina Venediktova telemarafon zamanı məlumat verib.

Baş prokuror bildirib ki, əsirlərin dəyişdirilməsi yaxın gələcəkdə baş verə bilər.

"Mən hərbçilərə nəyin zərər verə biləcəyini şərh etmək istəmirəm, çünki tezliklə biz əsirlərin mübadiləsinə başlaya bilərik", - deyə İ.Venediktova əlavə edib.
Bu xəbər oxucular tərəfindən 472 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed