15.03.2022 [09:33] - Gündəm, İdman
Futbol üzrə Türkiyə Super Liqasında İstanbul derbisi gerçəkləşib.
Super Liqanın XIX turu çərçivəsində “Qalatasaray” klubu “Beşiktaş”ı qəbul edib. “NEF Stadionu”nda təşkil olunan matçda “Qalatasaray” 2:1 hesabı ilə qələbə qazanıb.
Görüşdə hesabı 22-ci dəqiqədə "Qalatasaray”ın futbolçusu Kerem Aktürkoğlu açıb. İyirmi dörd yaşlı yarımmüdafiəçi 10 dəqiqə sonra komandasının üstünlüyünü 2 topa çatdırıb. Matçın 85-ci dəqiqəsində Rıdvan Yılmaz hesab arasındakı fərqi azaltsa da, qonaqların bundan artığına gücü çatmayıb.
Bu nəticədən sonra xallarını 35-ə çatdıran “Qalatasaray” turnir cədvəlində 11-ci pilləyə yüksəlib. “Beşiktaş” isə 45 xalla 8-ci sırada qərarlaşıb.

Bu xəbər oxucular tərəfindən 632 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |