Şrift:
Yeniyetmə boksçuların Azərbaycan birinciliyinin qalibləri müəyyənləşib
15.03.2022 [09:38] - Gündəm, İdman
Yeniyetmə boksçular arasında Azərbaycan birinciliyi başa çatıb.

Yarışda respublikanın müxtəlif şəhər və rayonlarının klublarını, həmçinin idman cəmiyyətlərini təmsil edən 63 komandanın 327 boksçusu gücünü yoxlayıb.

Boks Mərkəzində həlledici görüşlər Azərbaycan Respublikasının Dövlər Himninin səsləndirilməsi ilə başlayıb. Final qarşılaşmalarını Azərbaycan Boks Federasiyasının prezidenti Sahil Babayev də izləyib. O, 57 kiloqram çəki dərəcəsində ilk 3 yerin sahibini, birinciliyin ən yaxşı boksçusu Məhəmmədəli Qasımzadəni və yarışın ən yaxşı məşqçisi Nurlan Məmmədovu (Lənkəran) mükafatlandırıb.

Yeniliklərlə – təqdimetmə və xüsusi işıq effektləri ilə təşkil olunan həlledici döyüşlərdə qalib gələn Bilal Nəzərov, Faiq Mollayev, Vaqif Hacıyev, Tağı Nəsibov, İbrahim Zeynalov, Ömər Aslanlı, Məhəmmədəli Qasımzadə, Murad Seyidli, Məhəmməd Quliyev, Ziya Həsənov, Ayxan Əliyev, Özcan Rəsulzadə, İlfan Xəlilli və Bayram Əhədov çempion tituluna sahib olublar.

Turnirin komanda hesabında “Təhsil” Respublika İdman Mərkəzi 85 xalla birinci yeri tutub. İkinci pilləyə “Neftçi” (24 xal), üçüncü yerə isə “Qızıl Əlcək” (16) sahib olub.

Çempionatda “Ən yaxşı boksçu” adına Məhəmmədəli Qasımzadə, “Ən texnikalı idmançı” adına Tağı Nəsirov layiq görülüblər. Ceyhun Əbiyev “Ən yaxşı hakim”, Nurlan Məmmədov (Lənkəran) isə “Ən yaxşı məşqçi” adına sahib olublar.

Qeyd edək ki, mükafatçılar yığmanın heyətinə cəlb olunacaq və beynəlxalq yarışlarda ölkəmizi təmsil edəcəklər.
Bu xəbər oxucular tərəfindən 623 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed