Şrift:
Almaniya hökuməti Qətərlə maye qazın tədarükü ilə bağlı danışıqlara başlayıb
15.03.2022 [09:39] - Xəbərlər, İqtisadiyyat
Rusiya qazının Almaniya bazarında payı təxminən 50-55 faiz təşkil edir. Ukraynada başlayan hərbi əməliyyatlar səbəbindən Almaniyanın enerji təhlükəsizliyi ölkə siyasətinin prioritet məsələləri sırasına keçib. Almaniya hökumətinin Qətərlə maye qazın tədarükü ilə bağlı danışıqlara başlaması təəccüblü deyil.

Artıq Almaniyanın dövlət katibi Yorq Kukis, kanslerin xarici siyasət məsələləri üzrə müşaviri Yens Pletner, Qətərin xarici işlər naziri Şeyx Məhəmməd Əl Tani arasında ilk görüş keçirilib.

Qətər Avropanın “Qazprom”dan asılılığını əhəmiyyətli dərəcədə azaldacaq maye qazın əsas təchizatçısı hesab olunur.
Bu xəbər oxucular tərəfindən 691 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed