Şrift:
Bakıda gənc qiraətçilərin “Canlı klassika” beynəlxalq müsabiqəsinin qalibləri bəlli olub
15.03.2022 [09:42] - Gündəm, Mədəniyyət
Bakıdakı “Rus Evi”ndə “Canlı klassika” beynəlxalq müsabiqəsi iştirakçılarının final çıxışları olub.

Bakıdakı “Rus Evi”nin (RİMM) mətbuat mərkəzindən bildiriblər ki, layihənin təşkilatçısı “Canlı klassika” Fondudur. Layihənin Azərbaycan üzrə kuratoru Azərbaycan Rus Gəncləri Assosiasiyasıdır. Müsabiqənin regional mərhələləri və finalı Bakıdakı “Rus Evi”nin və Azərbaycanın Rusdilli Təhsil Müəssisələrinin Müəllimləri Assosiasiyasının dəstəyi ilə keçirilib.

Bu il müsabiqədə iştirak etmək üçün ölkə üzrə 150-yə yaxın müraciət qəbul edilib. Finala 50 iştirakçı keçib.

Gənc qiraətçilər aktyor, Azərbaycanın əməkdar artisti Teymur Rəhimov, pedaqoq-psixoloq Leyla Qurbanova, jurnalist İradə Əsədova, Bakıdakı “Rus Evi”nin əməkdaşı Anastasiya Kurbatovanın daxil olduğu münsiflər heyəti qarşısında rusiyalı müəlliflərin əsərləri ilə çıxış ediblər.

Münsiflər heyətinin qiymətləndirməsinə əsasən, Alidə Ramazanova birinci, Səbinə Əhmədova ikinci, Fidan Həsənzadə isə üçüncü yeri tutublar.
Bu xəbər oxucular tərəfindən 813 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed