Şrift:
Sloveniyada yanacaqdoldurma məntəqələrində 30 gün müddətinə qiymətlərə maksimal hədd təyin olunub
15.03.2022 [09:53] - Xəbərlər, Sosial
Sloveniya hökuməti yanacağın qiymətinin kəskin artımını nəzərə alaraq yanacaqdoldurma məntəqələrində 30 gün müddətinə qiymətlərə maksimal hədd təyin edib.

Normal benzinin bir litri maksimum 1,503 avroya, dizelin bir litri isə 1,541 avroya təklif edilə bilər. Sloveniyanın iqtisadiyyat naziri Zdravko Poçivalsek bildirib ki, hökumətin məqsədi yanacaq bazarındakı vəziyyətdə sabitliyə nail olmaqdır.

Hökumətin bu qərarı ilə benzin ölkədə ən ucuz satılan qiymətdən 6 sent, dizel isə 13 sent ucuza təklif edilməlidir.

Sloveniya hökumətinin bu qərarı qonşu Avstriya və İtaliya tərəfindən narazılıqla qarşılanıb. Belə ki, hər iki ölkədə yanacağın qiyməti iki avro civarındadır və bu qərarın yanacaq turizminə geniş meydan verəcəyi ehtimal olunur.
Bu xəbər oxucular tərəfindən 522 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed