09.01.2013 [10:39] - Güney Azərbaycan xəbərləri
İranın Şərqi Azərbaycan vilayətinin mərkəzi Təbriz şəhərində tanınmış azərbaycanlı fəal həbs edilib.İranın Təhlükəsizlik və Kəşfiyyat Nazirliyinin ("Ettelaat") əməkdaşları Məhəmməd Xətibinin atası evinə basqın edərək, onu tutublar. Məhkəmənin icazə sənədini göstərməyən məmurlar azərbaycanlı fəalın evində axtarış apararaq, ona məxsus şəxsi əşyaları müsadirə ediblər. Verilən məlumata görə, hazırda M.Xətibi ETTELAAT-ın Təbriz şöbəsində təkadamlıq kamerada saxlanılır.
Qeyd edək ki, M.Xətibi daha öncə 2011-ci ilin aprel ayında Urmiya gölü ilə bağlı keçirilən etiraz aksiyasında həbs edilib.
Qeyd edək ki, M.Xətibi daha öncə 2011-ci ilin aprel ayında Urmiya gölü ilə bağlı keçirilən etiraz aksiyasında həbs edilib.
Bu xəbər oxucular tərəfindən 799 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |