Şrift:
Mixail Podolyak: Ukrayna və Rusiya arasında danışıqlar çox çətindir, lakin kompromis üçün imkanlar var
16.03.2022 [09:47] - Xəbərlər, Siyasət
Ukrayna və Rusiya danışıqları davam etdirəcək.

Bu fikirləri danışıqlarda iştirak edən Ukrayna Prezident Ofisi Aparatının rəhbərinin müşaviri Mixail Podolyak tviter səhifəsində bildirib.

"Biz müzakirələri davam edəcəyik. Ukrayna və Rusiya arasında danışıqlar çox çətindir, lakin kompromis üçün imkanlar var. Fasilə zamanı alt qruplarda iş davam edəcək",-deyə M.Podolyak əlavə edib.

Xatırladaq ki, martın 15-də danışıqlar zamanı tərəflər əsas platforma üzrə məsləhətləşmələri bərpa etmək barədə razılığa gəliblər.
Bu xəbər oxucular tərəfindən 446 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed