17.03.2022 [10:07] - Gündəm, Sosial
Bakı Gənclər Mərkəzində artıq altı aydır “Karyera məktəbi” layihəsi fəaliyyət göstərir. Bu müddətdə gənclərlə bağlı təlimlər, fərdi görüşlər keçirilib.
Mərkəzdən bildiriblər ki, layihədən 400-dək gənc faydalanıb. Layihə müddətində 50-dən çox mövzuda təlimlər təşkil olunub. Bu təlimlərə müxtəlif universitet və kolleclərin, peşə məktəblərinin tələbələri cəlb edilib.
Layihənin məqsədi gəncləri peşəkar iş mühitinə hazırlamaq, əmək bazarının tələblərinə uyğun kadr hazırlığına dəstək verməkdir. Hər bir gəncə ehtiyacı olduğu karyera məsləhəti xidmətini təşkil etmək əsas hədəflərdəndir.
Gənclər arasında özünü tanıma, məşğulluq, bilik və bacarıqlarına uyğun karyera qurmaq çətinliyi hələ də aktualdır. Bunun üçün layihə çərçivəsində özünü tanıma, şəxsi keyfiyyətlərə bələd olma, doğru məqsədlərin təyin olunması, səmərəli karyera planlanması, zamanın idarə edilməsi, məqsədlərin təyini, doğru rezüme yazılması mövzularında təlimlər keçirilir.
Bu təlimlərlə yanaşı "İşgüzar etika" və "Korparativ mədəniyyət" təlimləri də proqrama əlavə edilib.
Karyera məktəbi layihəsindən təkcə gənclər deyil, yeniyetmələr də yararlana bilər. Onlar məsləhət xidmətindən yararlanaraq peşə və ixtisas seçimi haqqında informasiya əldə edə, şəxsi inkişaflarına dəyər qata bilərlər.

Bu xəbər oxucular tərəfindən 522 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |