09.01.2013 [11:52] - Güney Azərbaycan xəbərləri
Güney Azərbaycanda soydaşlarımız “21 Azər”in növbnəti ildönümünə hazırlaşdığı bir halda, paniranistlər də əks tədbirlərə hazırlıq görür.
Məlumata görə, Təbriz universitetində Milli Hökumət əleyhinə tədbir olacaq. Əldə olunan bilgi bundan xəbər verir ki, paniranist tarixçi Xosrov Mötəzəd Təbriz universitetində Milli Hökumət və onun başçısı mərhum Seyid Cəfər Pişəvəri əleyhinə çıxış edəcək.
Keçən günlərdə isə iki tanınmış milli-mədəni fəal Həsən Ərk və Mehdi Həmidi Şəfiq təhlükəsizlik qüvvələri tərəfindən tutuqlanıb. Hətta bəzi mənbələr daha çox azərbaycanlı fəalların yaxalandığından xəbər verirlər.
Əldə edilən bir sıra bilgilərə görə, bir qrup milli-mədəni fəal adını çəkdiyimiz paniranist tarixçinin çıxışı zamanı tədbirdə olub və onun gözlənilən qərəzli çıxışına cavab vermək niyyətindədirlər.

Bu xəbər oxucular tərəfindən 740 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |