Şrift:
Avropa İttifaqı Qərbi Balkan ölkələrinə maliyyə yardımı ayıracaq
17.03.2022 [10:11] - Xəbərlər, İqtisadiyyat
Avropa İttifaqı (Aİ) Rusiya-Ukrayna gərginliyi fonunda iqtisadiyyatlarına ziyan dəyən Qərbi Balkan ölkələrinə maliyyə yardımı ayıracaq.

Bu sözləri Aİ-nin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə Ali nümayəndəsi Cozef Borel deyib.

Bosniya və Herseqovinaya səfəri çərçivəsində Aİ-nin bu ölkədəki sülhməramlı missiyasını ziyarət edən C.Borel bildirib: “Qeyri-sabitlik yaratmağa çalışan hər kəs avropalı əsgərlərin Bosniya və Herseqovinada olduğunu bilməlidir. Bu ölkənin vətəndaşlarını əmin edə bilərəm ki, Avropa İttifaqı sülh və sabitliyi güclü şəkildə dəstəkləyir. Bosniya və Herseqovina siyasətçiləri birgə fəaliyyət göstərməli və ölkənin iqtisadi potensialından istifadə etməlidirlər”.
Bu xəbər oxucular tərəfindən 730 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed