Şrift:
Beyləqanda Füzuli rayonundan olan məcburi köçkünlərlə səyyar qəbul keçirilib
17.03.2022 [10:18] - Gündəm, Sosial
Beyləqan rayonunda məskunlaşan Füzulidən olan məcburi köçkün ailələr ilə səyyar qəbul keçirilib.

Rayon İcra Hakimiyyətindən verilən məlumata görə, tədbirdə rayonun idarə, müəssisə və təşkilatlarının, hüquq-mühafizə orqanlarının rəhbərləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Səyyar qəbulda Beyləqan rayonunda məskunlaşmış Füzuli sakinlərinin ayrı-ayrı sahələrə dair müraciətləri dinlənilib. İrəli sürülən müraciət, təklif və şikayətlərin bəziləri Rayon İcra Hakimiyyəti başçısının göstərişi ilə yerindəcə həll edilib. Digərlərinin həll edilməsi üçün isə aidiyyəti təşkilatlara tapşırıq və göstəriş verilib. Səyyar qəbul zamanı çıxış edən sakinlər göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.
Bu xəbər oxucular tərəfindən 567 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed