09.01.2013 [12:11] - Xəbərlər, Türk dünyası-Turan, Diaspor
Amerika Azərbaycanlıları Şəbəkəsi (AAŞ) 20 Yanvar faciəsi haqqında məlumatlandırma kampaniyasına başlayıb.
Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, şəbəkənin hazırladığı məlumatda "Qara Yanvar: Bakı, 1990. Sənədlər və materiallar" kitabından götürülmüş faktlar verilir.
Məlumatda qeyd edilir ki, 1990-cı il yanvarın 20-də 26 min nəfərlik sovet qoşun kontingenti Bakını işğal edib, şəhərin dinc əhalisinə vəhşicəsinə divan tutub. Bu təcavüz nəticəsində aralarında 6 qadın və 9 uşaq olmaqla 170 nəfər həlak olub. Daha 370 nəfər yaralanıb, 321 nəfər isə itkin düşüb.
AAŞ-ın Amerika ictimaiyyətinə, Amerika mətbuatına və ölkə qanunvericilərinə ünvanlanmış müraciətində deyilir ki, 1990-cı il 20 Yanvar hüzn günü olmaqla yanaşı, eyni zamanda Azərbaycanda sovet rejiminin hakimiyyətinin sona çatmasının başlanğıcı olub: "Azərbaycanda 20 Yanvar hadisələri Azərbaycan xalqının yaddaşında kədərli bir səhifə kimi qalmaqla bərabər, həm də növbəti, 1991-ci ildə respublikamızın müstəqilliyini elan etməsinə təkan verdi. Qara Yanvar günlərindən 23 il keçməsinə baxmayaraq, hər il yüz minlərlə azərbaycanlı və Azərbaycanın dostları Bakı şəhərindəki Şəhidlər Xiyabanını ziyarət edir, Azərbaycanın müstəqilliyi uğrunda həlak olanların xatirəsini ehtiramla yad edir".
ABŞ Azərbaycan icmasının üzvləri bu yazılı kampaniya vasitəsilə Amerika ictimaiyyətini 20 Yanvar hadisələri haqqında məlumatlandıraraq, ölkə qanunvericilərini bu qeyri-insani aksiyanı rəsmi şəkildə pisləyən qətnamə qəbul etməyə çağırır. Kampaniya yanvarın 22-dək davam edəcək.
Qeyd edək ki, son iki ildə AAŞ Texas və Nyu-York ştatlarının parlamentlərində Qara Yanvara dair iki rəsmi qətnamə qəbul edilməsinə nail olub.

Bu xəbər oxucular tərəfindən 2680 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |