Şrift:
Yaponiyada sakura ağacı çiçəkləməyə başlayıb
17.03.2022 [10:31] - Xəbərlər, Sosial
Martın 17-də Yaponiyada sakura ağacının ilk çiçəkləri açmağa başlayıb.

Yaponiya Meteorologiya Agentliyinə istinadla xəbər verir ki, bununla da Gündoğar ölkənin qeyri-rəsmi rəmzi olan sakuranın çiçəkləmə fəsli başlayıb.

İdarənin regional şöbəsinin yaydığı məlumatda bildirilir ki, ilk sakura ağacları Fukuoka prefekturasında çiçəkləyib. Meteoroloqların proqnozlarına görə, paytaxt Tokioda ilk sakuranın martın 21-də açacağı, çiçəkləmə fəslinin pik nöqtəsinin isə martın 29-da qeydə alınacağı gözlənilir.

Qeyd edək ki, Yaponiya sakinləri sakuranı ölkələrinin rəmzi, bu ağacın çiçəklərini isə ölkənin qeyri-rəsmi gerbi hesab edirlər. Uzaq Şərq gilənarının çiçəkləməsinin pik həddi, adətən aprelin əvvəllərinə təsadüf edir, həmin vaxt ölkənin parkları çəhrayı rəngin bütün çalarlarını özündə əks etdirir. 2020-2021-ci illərdə koronovirus pandemiyasına görə yerli sakinlər sakuranın çiçəkləməsindən adi qaydada da zövq ala bilməyiblər. Hökumət yoluxmanın qarşısını almaq üçün onlardan pikniklərin təşkilindən imtina etməyi xahiş edib. Cari ildə də həmin qadağanın qüvvədə olacağı gözlənilir.
Bu xəbər oxucular tərəfindən 594 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed