Şrift:
Emmanuel Makron prezidentlik uğrunda seçki platformasını açıqlayıb
18.03.2022 [09:36] - Xəbərlər, Siyasət
Aprel ayında Fransada prezident seçkiləri keçiriləcək

TASS agentliyinə istinadla xəbər verir ki, Fransa prezidenti Emmanuel Makron martın 17-də öz seçki platformasını açıqlayıb.

11 bənddən ibarət olan platformada Fransada pensiya yaşının tədricən 65 yaşa qaldırılması, prezidentlik mandatı bitənədək əhalinin tam məşğulluğunun təmin edilməsi, Fransa Silahlı Qüvvələrinin maliyyələşləşməsini ildə 50 milyard avroya qədər artırılması, 6 yeni AES-in inşa edilməsi, eyni zamanda daha 8-nin layihələndirilməsinin təmin edilməsi, növbəti 10 il ərzində elmi tədqiqat işlərinin aparılmasına 25 milyard avro vəsait ayrılması və sair məsələlərin icrası qarşıya məqsəd qoyulub.

Qeyd edək ki, Fransanın hazırkı prezidenti Emmanuel Makron da daxil olmaqla seçkilərdə iştirak etmək üçün 12 nəfər namizəd qeydiyyatdan keçib.
Bu xəbər oxucular tərəfindən 442 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed