18.03.2022 [09:38] - Xəbərlər, Sosial
Gəncədə Regional Mədəniyyət İdarəsinin Kəlbəcər mədəniyyət sarayında Aşıq Şəmşir adına saz-söz müsabiqəsi baş tutub.
Müsabiqəyə Azərbaycanın müxtəlif bölgələrindən gələn yeniyetmə saz-söz ifaçıları qatılıblar. Onlar vətənpərvərlik, qəhrəmanlıq, milli dövlətçilik, azərbaycançılıq ruhunu təmsil edən mahnılarla böyük söz ustadlarının, o cümlədən də Dədə Şəmşirin müqəddəs ruhu qarşısında öz sənət hesabatlarını veriblər.
Tədbirdə Kəlbəcər rayon İcra hakimiyyətinin başçısı Azər Qocayev, YAP Kəlbəcər rayon təşkilatının sədri Həbib Misirov, hüquq mühafizə orqanlarının rəhbərləri və Kəlbəcər ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Müsabiqənin qaliblərinə “Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyi tərəfindən diplom və mükafatlar verilib.
Azərbaycan Aşıqlar Birliyinin sədri, əməkdar elm xadimi, professor Məhərrəm Qasımlı, Yeni Azərbaycan Partiyası Kəlbəcər rayon təşkilatının sədri Həbib Misirov və ustad aşıqlar saz-söz bayramına diqqət və qayğıya görə ölkə rəhbərliyinə öz təşəkkürlərini bildiriblər.

Bu xəbər oxucular tərəfindən 701 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |