Şrift:
Edinburqun növbəti fəxri sakinləri statusunu ukraynalı rəsmilər alıblar
18.03.2022 [09:40] - Xəbərlər, Siyasət
Ukrayna prezidenti Volodimir Zelenski və Kiyev şəhərinin meri Vitali Kliçko Edinburqun fəxri sakinləri statusu alıblar.

TASS agentliyinə istinadla xəbər verir ki, son dövrdə bu titula Cənubi Afrika Respublikasının ilk prezidenti Nelson Mandela (1918-2013), britaniyalı aktyor Şon Konneri (1930-2020), şotlandiyalı velosipedçi, 6 qat Olimpiya çempionu Kris Hoy layiq görülüblər. Böyük Britaniya kraliçası II Yelizaveta da bu statusa malikdir.

Vitali Kliçkonun meri olduğu Kiyev Edinburqla qardaşlaşmış şəhərdir.

Qeyd edək ki, Edinburqun fəxri sakini statusu 1459-cu ildə, Şotlandiyanın müstəqil dövlət elan olunduğu ildə təsis edilib.
Bu xəbər oxucular tərəfindən 490 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed