18.03.2022 [09:43] - Gündəm, Sosial
Fransa hökumətinin Korsika vətəndaşlarının 1914-cü ildən başlamış və son 7 ildə daha da güclənən muxtariyyət tələbinə qarşı çıxması adalıları hiddətləndirib. “Gözəllik ada”sının sakinlərinin idarəetmənin bəzi sahələrində muxtariyyət istəməsi ilə bağlı tələbləri son iki həftədə daha da intensivləşib və korsikalılarla polis arasında qarşıdurma son həddə çatıb.
Adalıların səbir kasasının daşdığını hiss edən və bundan ehtiyatlanan Fransa hökuməti güzəştə getməyə qərar verib. Fransanın daxili işlər naziri Jerar Darmanən qarşıdan gələn prezident seçkilərindən sonra Korsikanın muxtariyyət məsələsinin müzakirə olunacağını deyib.
Bəz korsikalılar nə istəyirlər və niyə narazıdırlar? Doğrudanmı, erməni separatçılarına dəstək verən Fransa daxilindəki xalqların adlarını olduğu kimi yazmağa imkan vermir, onların baza hüquqlarına hörmətlə yanaşmır? İllərdir ki, erməni separatçılarını dəstəkləyən, onlara yardım göndərən Fransa Korsikaya “muxtar respublika” statusu verməkdən niyə çəkinir?
Əslində, “Gözəllik adası”nın sakinləri idarəetmədə onlara sadəcə, muxtariyyət verilməsini tələb edirlər. 25 min erməniyə “respublika” yaratmaq istəyən Fransa uzun illərdir ki, 349,465 korsikalının səsini qulaqardına vurur.
Son günlər zorakılıq hadisələrinin qeydə alındığı Bastia şəhərinin sakinləri “separatçı” olmadıqlarını, Fransanın tərkibində qalmaqla demokratik idarəçiliyə uyğun olaraq, dövlət səlahiyyətlərinin desantralizasiyasını istədiklərini bildirirlər. Bəzi korsikalılar hətta Almaniyada landerlərin idarəsinə oxşar idarəçilik sistemi arzusunda olduqlarını dilə gətirirlər. Özünüidarəetmə, yerli qurumların seçmə hüququ, inzibati strukturlara və maliyyə qaynaqlarına sahib olmaq və hökumətin digər strukturlarının müdaxiləsi halında məhkəməyə müraciət hüquqları 1985-ci ildə qəbul edilmiş “yerli özünüidarəetmə haqqında Avropa Xartiyasında öz əksini tapıb. Bu hüquqlar Avropa Şurasının 47 üzv ölkəsində yerli və regional demokratiyanın vəziyyətinin qiymətləndirilməsinə məsul olan yeganə Avropa təsisatı -Yerli və Regional Hakimiyyətlər Konqresinin tələb etdiyi hüquqlardır. Konqresin əsas rolu yerli və regional demokratiyadakı irəliləyişləri gücləndirmək və onları monitorinq etməkdən ibarətdir. Korsikada baş verən hadisələr Fransa ədalətsiz mövqeyi ilə bərabər, həmçinin Avropa Şurasının ikili standartlarından xəbər verir.
Bastia şəhərinin gəncləri məhz “yerli özünüidarəetmə haqqında” Avropa Xartiyasında sadalanan hüquqlarını tələb etdiklərini bildiriblər. Adalılar Fransa daxili İşlər nazirinin Korsikaya səfərini prezident seçkiləri ərəfəsində hökumət tərəfindən mövcud gərginliyi azaltmaq cəhdi kimi düşünürlər.
“Gözəllik adası”na səfəri çərçivəsində adanın siyasi, iqtisadi və sosial xidmətləri üzrə nümayəndələrlə məsləhətləşmələrdən sonra mətbuata açıqlama verən Jerar Darmanən isə bildirib ki, 2022-ci ilin sonuna qədər adanın institusional təkamülü ilə bağlı razılaşmalar əldə etmək mümkündür. Onun sözlərinə görə, bu razılaşmanın sonu bəlkə də muxtariyyətə aparıb çıxara bilər. Nazirin fikrincə, iqtisadiyyat və sosial sahələri Polineziyada olan sistem kimi polis, müdafiə sahələri isə dövlət tərəfindən idarə edilə, yaxud da yalnız Korsikaya xas status müəyyənləşdirilə bilər.
Fransanın xarici işlər naziri muxtariyyət tələbi ilə bağlı ilkin müzakirələrin yalnız adada sakitliyin təmin olunmasından sonra mümkün olacağını da qeyd edib.

Bu xəbər oxucular tərəfindən 654 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |