18.03.2022 [09:47] - Xəbərlər, Mədəniyyət
Amerika kosmik idarəsinin məlumatına görə, Beynəlxalq Kosmik Stansiyadan açıq kosmosa martın 23-nə planlaşdırılmış növbəti çıxışı NASA-nın astronavtı Radja Çari və onun alman həmkarı Mattias Maurer həyata keçirəc
TASS informasiya agentliyinə istinadla xəbər verir ki, NASA-nın bildirdiyinə görə, astronavtlar ABŞ-ın şərq sahili vaxtı ilə saat 08:50-də skafandrlarını avtonom enerji təchizatına keçirəcəklər. Bu, kosmosa çıxışın başlanğıcı olacaq və 6 saat yarım davam edəcək.
Radja Çarinin və Mattias Maurerin qarşısında bir sıra işlər görmək, o cümlədən Beynəlxalq Kosmik Stansiyanın istilik sisteminə şlanqlar bağlamaq, “Columbus” modulunda təchizat və məlumat kabellərini quraşdırmaq, habelə stansiyanın videokameralarından birini dəyişmək dayanır. Onların ikisi üçün də bu, Beynəlxalq Kosmik Stansiyada ilk uçuşdur. Astronavtlar stansiyaya ötən il noyabrın 11-də “SpaceX” şirkətinin “Crew Dragon” gəmisində Tom Marşbryon və Keyla Berron ilə gəliblər və aprel ayında həmin gəmi ilə Yerə qayıdacaqlar.
Alman astronavt üçün kosmosa çıxış orbital kompleks hüdudundan kənarda ilk iş təcrübəsi olacaq. Çari artıq martın 15-də Beynəlxalq Kosmik Stansiyaya konstruksiya quraşdırılmasında iştirak edib. Həmin konstruksiyaya təqribən 340 kiloqram kütləsi olan iROSA günəş batareyası bərkidiləcək.
Daha əvvəl NASA-dan bildiriblər ki, mövcud günəş batareyaları yaxşı işləyir, lakin köhnəlik əlamətləri özünü göstərir: onların çoxu hələ 2000-ci ildə quraşdırılıb. Hələlik idarə altı iROSA panelini yerləşdirməyi planlaşdırıb ki, bu da stansiyanın enerji sisteminin gücünü 160-dan 215 kVt-a çatdıracaq. Onlardan ikisi 2021-ci ilin iyununda quraşdırılıb, növbəti ikisi payızda “Dragon” yük gəmisi ilə çatdırılacaq.

Bu xəbər oxucular tərəfindən 769 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |