Şrift:
İtaliyada mayın 1-dən etibarən COVİD-19 pasportları ləğv edilir
18.03.2022 [09:48] - Gündəm, Sağlıq
İtaliya Hökuməti mayın 1-dən etibarən COVİD-19 pasportlarından imtina etməyə qərar verib.

TASS agentliyinə istinadla xəbər verir ki, bu barədə İtaliyanın səhiyyə naziri Roberto Speranza bildirib.

"Biz covid sertifikatlarının ləğvi istiqamətində işlər görürük. Aprelin 1-dən əksər açıq yerlərdə, mayın 1-dən isə qapalı məkanlara girişdə də sertifikat tələb olunmayacaq”, - nazir bildirib.

Xəstələrlə təmasda olanlar üçün karantin rejiminin ləğv edildiyini diqqətə çatdıran nazir qeyd edib ki, təcrid yalnız testi müsbət nəticə verənlər üçün məcburi olacaq.

Ölkədə martın 31-də başa çatacaq fövqəladə vəziyyətin müddəti də uzadılmayacaq.
Bu xəbər oxucular tərəfindən 3455 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed