Şrift:
Fərəc Quliyev: “Döyüşlərdən yayınmaq üçün onların özləri bunu təşkil edə bilər”
18.03.2022 [10:30] - Xəbərlər, Siyasət, Özəl xəbər, Fərəc Quliyev
44 günlük müharibədən sonra Azərbaycan məntəqələrindən Ermənistana köçmüş və bu ölkədəki Kremlin himayə etdiyi revanşist və terrorçu xislətli siyasi dairələr tərəfindən dəstəklənən bir qrup erməni Rusiyanın İrəvandakı səfirliyi qarşısında aksiya keçirib.

Bu haqda “ArmenianReport” məlumat yayıb.

Azərbaycan torpaqlarından köçmüş ermənilər Rusiyanın Ermənistandakı səfiri vasitəsilə Rusiya ali rəhbərliyinə, yəni prezident Vladimir Putinə müraciət ediblər. Azərbaycan dövlətinə və ordusuna qarşı hədyan və böhtanlarla dolu müraciətdə onlar Kremldən Rusiya sülhməramlılarının Şuşa-Daşaltı yolunda Şuşaya gəlib-gedən Azərbaycan avtomobil karvanlarına nəzarət etmək üçün nəzarət-buraxılış məntəqəsinin qurulmasına göstəriş verilməsini xahiş edirlər.

Ermənilərin müraciətində qeyd olunur ki, guya Azərbaycan hakimiyyəti magistral qaz kəmərini partlatmaqla Qarabağda humanitar fəlakət törədib. Ermənilər, eyni zamanda, Ukraynanın Donbas və Luqansk bölgələrinə yardım göndərdiklərini vurğulamaqla bu ölkəyə qarşı təcavüzdə Rusiya rəhbərliyinin yanında olduqlarını gözə soxurlar.

Ermənilərin məhz indiki məqamda belə bir müraciət etməsi təsadüfdürmü?

Milii Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev qəzetimizə açıqlamasında bildirdi ki, ermənilərin etdiyi bu tələbin heç kimin ağlına gəlməyən bir səbəbi də ola bilər: “Qarabağdakı sülhməramlılar Ukraynaya döyüşlərə aparılırlar. Döyüşlərdən yayınmaq üçün onların özləri bunu təşkil edə bilərlər. Yəni belə bir təsəvvür yaransın ki, Qarabağda daha böyük kontingentə ehtiyac var. Onları Qarabağdan çıxarmasınlar. İkincisi, Rusiyanın apardığı müharibədən ilhamlanan bəzi ermənilər həvəslənib ki, bundan sonra ruslar Moldova və başqa separatçı nöqtələrə müdaxilə edə bilər. Həm də dünyaya bəyan etmək istəyirlər ki, güya Qarabağ deyilən ərazini biz işğal etmişik və Şuşa onlara aiddir. Hətta müraciətlərində bildirirlər ki, Şuşaya “terrorçuların” buraxılmasının qarşısını alsınlar. Bizim Ermənistana vetdiyimiz 5 tələbə cavabda rəsmi İrəvan yenə də status məsələsini qabardıb. İstəyirlər ki, post Ukrayna-Rusiya müharibəsi dönəmindən faydalansınlar. Qarabağdakı ermənilər də rusların oradan getməsini istəmir. Çünki sülhməramlılar onlara həm də iqtisadi cəhətdən kömək edir. Hesab etmirəm ki, bu cür aksiya Ermənistanın dövlət siyasətindən qaynaqlanır. Rusiyanın özünün də əli ola bilər ki, başı Ukraynada qarışdığı dönəmdə öz tərəfdarlarını səfərbər etsin. Paşinyanın son Avropa səfəri onlarda narahatlıq doğurmaya bilməz. Ermənilər bununla həm də Rusiyanın gözünə girmək niyyətini güdə bilər. Ən əsas qənaətim budur ki, Rusiya sülhməralılarının komandanlığı Ukraynaya gedib ölməkdənsə, burada qalmaq üçün bu yola əl atır”.

Məhəmmədəli QƏRİBLİ/baki-xeber.com
Bu xəbər oxucular tərəfindən 654 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed