18.03.2022 [10:39] - Xəbərlər, Siyasət, Özəl xəbər, Fərəc Quliyev
Ermənistanın son günlərdəki təxribatlarının şifrələri açılır: İrəvan sülh sazişi yox, ermənilərə xəyali status arzusundadır, Amerika da bu oyunda qərəzini davam etdirir - ekspert şərhi
Azərbaycanın beş sülh təklifinə Ermənistan xarici işlər naziri Ararat Mirzoyanın sərgilədiyi mövqe İrəvanın “sülh sazişi imzalamağa hazırıq” bəyanatlarının blef olduğunu göstərdi. “Yeni Müsavat” bildirir ki, Mirzoyan Bakıdan gələn təkliflərə “Dağlıq Qarabağ ərazi yox, hüquq məsələsidir. Bizim üçün əsas olan Qarabağ ermənilərinin hüquq və azadlıqları, Qarabağın statusudur” deyərək cavab verib. Bu da özlüyündə göstərir ki, Ermənistan prosesi acı bağırsaq kimi uzatmağa meyillidir və böyük sülh müqaviləsi bağlamaq istəyində həvəsli görünmür. Üstəlik, erməni nazirin açıqlamasından belə nəticə hasil olur ki, İrəvanın sülh sazişi üçün “vazkeçilməz şərtləri” gorbagor olmuş statusdan ibarətdir.
Ümumiyyətlə, son günlər xüsusilə ABŞ-ın “status məsələsində” canfəşanlığı artıb. ABŞ Konqresinin Nümayəndələr Palatası Qarabağda olan qondarma “artsax”a qarşı hərbi əməliyyatların mümkünlüyü barədə hesabat tələb edən qanun layihəsi də qəbul edib. Nəticədə 2022-ci maliyyə ilinin xərclərini ümumiləşdirən, Ermənistana ən azı 45 milyon dollar və “artsax”da humanitar minatəmizləmə üçün 2 milyon dollar nəzərdə tutan layihə qəbul olunub. “Belə hesabat hər bir Cənubi Qafqaz ölkəsinin strateji balansının və hərbi hücum imkanlarının qiymətləndirilməsini əhatə etməlidir”, - qanun layihəsində deyilir. Prezident Bayden bu qanunu artıq imzalayıb.
ABŞ dövlət katibi Entoni Blinken isə erməni baş nazir Nikol Paşinyanla telefon söhbətində “həll edilməmiş bütün məsələlərin” hərtərəfli həlli yollarını tapmaq üçün diplomatik fəaliyyəti gücləndirməyə çağırıb. Aydındır ki, “həll edilməmiş bütün məsələlər” dedikdə onların sırasında əsassız “status” məsələsi də var. Ukrayna müharibəsindən əvvəl Rusiyanın qondarma “DXR”və “LXR”i tanıması, indi isə Kiyevdən onların da “müstəqilliyini” tələb etməsi erməniləri ruhlandırıb. Onlar düşünürlər ki, Rusiyanın istinad etdiyi “öz müqəddəratını təyin etmə hüququ” Bakı qarşısında da qaldırıla bilər, bəlkə də bu “tarixi şansdır”.
Məhz bu səbəbdən ermənilər son günlər Qarabağda vəziyyətin pisləşməsi, ermənilərin “iqtisadi blokadası” haqda təxribatçı iddialar irəli sürürlər. Ermənistanın sülh müqaviləsinin hazırlanması üçün Minsk Qrupunu “köməyə çağırmasının” arxasında da status kələyi durduğu şübhə doğurmur. Bütün bu baş verənlərin təhlili isə onu deməyə əsas verir ki, Ermənistan sülh sazişinin yox, ermənilərə xəyali status arzusundadır. Təəssüf ki, ABŞ da bu oyunda əvvəlki qərəzli mövqeyini almaqdadır. Qarabağdakı vəziyyətin ABŞ-ın kəşfiyyat rəisinə tapşırılması, Blinkenin ikibaşlı “həll edilməmiş məsələlər” deməsi regionda vəziyyəti gərginləşdirməyə hesablanıb. Qəribədir, ABŞ-ın Rusiyanın nüfuz dairəsində, sülhməramlıların olduğu bölgəyə bu cür müdaxiləsinin səbəbləri nədir?
Milli Dirçəliş Hərəkatı Partiyasının (MDHP) sədri Fərəc Quliyevin qəzetimizə dediyinə görə, Azərbaycan və Türkiyədən başqa heç bir tərəf prosesin bitməsini istəmir. Partiya sədrinin fikrincə, çünki bütün qüvvələr bu məsələdən maşa kimi istifadə edirlər. F.Quliyev hesab edir ki, bir iki amerikalı məmurun söyədikləri heç də ABŞ-ın dövlət mövqeyi kimi dəyərləndirilə bilməz. Üstəlik, Vaşinqtonun müttəfiqi Ankara və ona yaxın olan Bakı ilə birgə addımlamaq istəyində göründüyünü deyən F.Quliyev hesab edir ki, məsələni Rusiyanın inhisarından çıxarmaq niyyəti güdülür.

Emil SALAMOĞLU/“Yeni Müsavat”
Bu xəbər oxucular tərəfindən 762 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |