Şrift:
Türkiyə Prezidenti NATO-nun Zirvə toplantısında iştirak etmək üçün Brüsselə gedib
24.03.2022 [09:58] - Xəbərlər, Siyasət
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan martın 24-də NATO-ya üzv ölkələrin dövlət və hökumət başçılarının fövqəladə Zirvə toplantısında iştirak etmək üçün Brüsselə gedib.

Məlumatı Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsi yayıb.

Bildirilib ki, Ukrayna böhranı səbəbindən keçiriləcək NATO toplantısı çərçivəsində Türkiyə dövlət başçısı bir sıra liderlərlə ikitərəfli görüşlər keçirəcək.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı Brüssel səfərində dövlət və hökumət nümayəndələri, eləcə də digər şəxslərdən ibarət geniş tərkibli rəsmi heyət müşayiət edir.
Bu xəbər oxucular tərəfindən 427 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed