Şrift:
Özbəkistanla Türk Dövlətləri Təşkilatı arasında əlaqələrin inkişafı istiqamətində fikir mübadiləsi aparılıb
25.03.2022 [09:14] - Xəbərlər, Türk dünyası-Turan
Özbəkistan Ali Məclisi Senatının Sədri Tənzilə Narbayeva ölkədə işgüzar səfərdə olan Türk Dövlətləri Təşkilatı (TDT) Ağsaqqallar Şurasının sədri, Böyük Millət Məclisinin deputatı Binəli Yıldırımın rəhbərliyi ilə nümayəndə heyətini qəbul edib.

Senatın mətbuat xidmətinə istinadla xəbər verir ki, görüşdə Özbəkistanla Türkiyə və türk dövlətləri arasında parlamentlərarası əməkdaşlığın daha da genişləndirilməsi, qarşıya qoyulan vəzifələrin yerinə yetirilməsi məsələləri müzakirə olunub.

Görüşdə Özbəkistanla türk dövlətləri arasında çoxplanlı münasibətlərin möhkəmləndirilməsi, o cümlədən ticarət, nəqliyyat və digər sahələrdə əlaqələrin daha da inkişafı istiqamətində geniş fikir mübadiləsi aparılıb.

T.Narbayeva qeyd edib ki, bu səfər ölkələr arasında və TDT çərçivəsində əlaqələrin daha da dərinləşməsinə təkan verəcək.

B.Yıldırım Özbəkistanda son altı ildə bütün sahələrdə genişmiqyaslı islahatların aparılmasından və ölkələr arasında münasibətlərin indiki səviyyəyə çatmasından məmnunluğunu ifadə edib.
Bu xəbər oxucular tərəfindən 4673 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed