Şrift:
İranda bir ailənin 4 üzvü təhlükəsizlik məmurları tərəfindən güllələnib
25.03.2022 [09:18] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Bu barədə İran İnsan Haqları Təşkilatı məlumat yayıb.

Məlumata görə, hadisə Sistan və Bəluçistan əyalətində baş verib. Şəxsi minik avtomobilinə xəbərdarlıq olunmadan açılam atəş nəticəsində Zahidan şəhərindən olan ailənin bütün üzvləri güllə yarası alıb.

Atəş nəticəsində ailənin iki üzvü yerindəcə həyatını itirib, ikisi isə ağır güllə yarası ilə xəstəxanaya aparılıb.

Bir ölü və bir yaralının kimliyi barədə məlumat verilsə də, başqa iki nəfər barədə dəqiq məlumat yayılmayıb.

İnsan Haqları Təşkilatı yaydığı xəbərdə Abdulla Alizehi adlı gəncin öldürüldüyünü, onun atası Pirməhəmməd Alizehinin isə ağır yaralandığını yazıb.

Qeyd edək ki, İran İnsan Haqları Təşkilatı son bir ildə ölkədə insan haqlarının pozulması ilə bağlı yaydığı hesabatda bu müddət ərzində müxtəlif səbəblər üzündən 243 nəfərin İran silahlı və təhlükəsizlik məmurlarının bir başa atəşi nəticəsində həyatını itirib və ağır yaralandığını bildirib.
Bu xəbər oxucular tərəfindən 1203 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed