Şrift:
Mövlud Çavuşoğlu: Fransa və İtaliya “SAMP-T” müdafiə sisteminin Türkiyədə istehsalını daha ciddi düşünürlər
27.03.2022 [09:24] - Xəbərlər, İqtisadiyyat
Fransa və İtaliya ortaq təsisatları olan “Eurosam” (Avropa müdafiə) Konsorsiumu çərçivəsində “SAMP-T” raket əleyhinə müdafiə sisteminin Türkiyədə istehsalını daha ciddi düşünürlər.

Bu fikri Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Qətərin paytaxtında keçirilən Doha Forumu çərçivəsində paneldəki çıxışında ifadə edib. Nazir bildirib ki, “SAMP-T” məsələsi Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın İtaliya və Fransa liderləri ilə Brüsseldə keçirdiyi görüşlərdə müzakirə mövzusu olub.

Gündəlikdə duran digər mühüm məsələlərə aydınlıq gətirən nazir Mövlud Çavuşoğlu Türkiyənin Rusiyadan aldığı “S-400” raket əleyhinə müdafiə sistemlərinin guya Ukraynaya verilməsi barədə təkliflərin edilməsinə dair məlumatları şərh edərək bildirib ki, belə bir mövzu müzakirə obyekti deyil.

Nazir vurğulayıb ki, Türkiyə hazırda müdafiə sənayesi ehtiyacının 70 faizini öz imkanları ilə istehsal edir.
Bu xəbər oxucular tərəfindən 910 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed