Şrift:
Şəhriyar Məmmədyarov Leyner Dominqeslə heç-heçə edib
28.03.2022 [10:20] - Gündəm, İdman
Almaniyanın paytaxtı Berlində şahmat üzrə FIDE Qran-Pri seriyasının üçüncü mərhələsinin yarışları davam edir.

Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov 5-ci turda Leyner Dominqeslə (ABŞ) mübarizə aparıb. Qarşılaşma heç-heçə ilə başa çatıb. Şahmatçımız ötən 5 turda 3 xal toplayıb. O, bu nəticəyə görə öz qrupunda Leyner Dominqeslə 1-2-ci pillələri bölüşür.

Xatırladaq ki, Şəhriyar Məmmədyarov bundan əvvəl Belqradda keçirilmiş FIDE Qran-Pri seriyasının ikinci mərhələsində D qrupunda bütün görüşlərini heç-heçə ilə başa vurub və yarımfinala yüksələ bilməyib.
Bu xəbər oxucular tərəfindən 425 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed