28.03.2022 [10:22] - Gündəm, İdman
“Red Bull” komandasının pilotu Maks Ferstappen Ciddə Şəhər Halqasında keçirilən “Formula 1” Səudiyyə Ərəbistanı Qran-Prisinin qalibi olub.
Birincilik uğrunda əsas mübarizə Ferstappenlə “Ferrari”nin pilotu Şarl Lekler arasında olub. “Red Bull”un yürüşçüsü son dairədə rəqibini qabaqlayaraq finişə birinci çatıb. Fəxri kürsünün üçüncü pilləsini “Ferrari”nin digər pilotu Karlos Sainz tutub. “Mercedes” komandasının məşhur pilotu, yeddiqat dünya çempionu Luis Hamilton isə finişə 10-cu çatıb.
Məğlubiyyətə baxmayaraq Bəhreyn Qran-Prisinin qalibi olmuş Şarl Lekler iki mərhələdən sonra dünya çempionluğu uğrunda mübarizədə liderliyini qoruyub saxlaya bilib.

Bu xəbər oxucular tərəfindən 444 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |