09.01.2013 [13:39] - Gündəm, Mədəniyyət
“Əsəd bəyin əzabları” filminin çəkilişinə 1 milyon avro xərclənib
Tanınmış Azərbaycan yazıçısı Məhəmməd Əsəd bəy (“Qurban Səid”) haqqında filmin çəkilişləri başa çatıb. Almaniyada fəaliyyət göstərən N. Gəncəvi adına Mədəniyyət İnstitutunun direktoru Nuridə Atəşi bildirib ki, 1 milyon avroya başa gələn film hələlik yalnız alman dilindədir.
“Əsəd bəyin əzabları” adlı iki seriyalı, 104 dəqiqəlik bədii-sənədli filmin çəkilişlərinə 2004-cü ildə başlanıb, çəkilişlər Almaniya, Avstriya, İtaliya və Azərbaycanda aparılıb. N. Atəşi bildirib ki, “Berlin Um Velt Film” studiyasının çəkdiyi, Ralf Marşallekin rejissoru olduğu filmin 20 dəqiqəlik hissəsini bir neçə il əvvəl Azərbaycana gətirib: “Filmin 20 dəqiqəlik hissəsi həmin vaxt “Azərbaycanda Almaniya Mədəniyyət ili” çərçivəsində “Kapellhause”da nümayiş etdirildi. Filmin adı ilkin olaraq “Aslanın adı ilə” qoyulmuşdu, yekunda “Əsəd bəyin əzabları” adı üzərində dayandıq”.
Filmi Almaniya Federal Mədəniyyət və Mətbuat Nazirliyi, Berlin Mədəniyyət Fondu, Neapol Film Kampaniyası Komissiyası və digər beynəlxalq qurumlar maliyyələşdirib.
Filmdə Məhəmməd Əsəd bəyin “Qurban Səid” təxəllüsü ilə yazdığı son əlyazması - “Sevgidən bixəbər kişi” romanından, Azərbaycana olan sevgisi, vətən həsrəti, öz vətənində ona edilən haqsızlıqlardan bəhs edilir, yazıçının çəkdiyi əzablar onun öz dili, şahidlərin müsahibələri və kadr arxası səslərlə verilir.
Məhəmməd Əsəd bəyin İçərişəhərdə keçən uşaqlığı, Berlindəki şagirdlik və tələbə həyatı, bestsellerə çevrilmiş “Əli və Nino” romanının yazıldığı Vyana ilə bağlı xatirələri, nəhayət, İtaliyanın Positano şəhərində ev dustağı edildiyi son mənzilində ağır xəstəliyi və dözülməz ağrıları ilə ölüm yatağında son romanının yazıldığı şərait də ekran əsərində əks olunub.
Filmdə əsas rollardan birində çəkilən, Əsəd bəyin Avropa ilk azərbaycanlı tədqiqatçısı olan N. Atəşi filmin Azərbaycanın milli, mənəvi irsinə çevriləcəyinə əminliyini bildirib.
O, eyni zamanda qeyd edib ki, film Azərbaycan, rus və ingilis dillərinə çevrilərək geniş tamaşaçı kütləsinə təqdim edilərsə, Əsəd bəyə beynəlxalq bəraət verilməsində, xalqının onu daha yaxşı tanımasında, dərk etməsində və sevilməsində böyük rol oynaya bilər.
N. Atəşi deyib ki, Məhəmməd Əsəd Bəyin “Qurban Səid” təxəllüsü ilə yazdığı “Əli və Nino” romanı əsasında hazırda “Oskar” mükafatının qalibi Kristofer Hampton tərəfindən film çəkilir. Prodüseri Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva olan filmin MDB ölkələri üçün haqları, çəkilişlərdə yaxından iştirak etmiş Almaniyada fəaliyyət göstərən N. Gəncəvi adına Mədəniyyət İnstitutuna aiddir.

Bu xəbər oxucular tərəfindən 2673 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |