28.03.2022 [11:05] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
“Bunun baş verəcəyi halda belə, “Sepah”a qarşı sanksiyalar götürülməyəcək”-deyə, xüsusi nümayəndə Co Baydenin bu hərbi təşkilatı Amerikanın tərtib etdiyi qara siyahıdan çıxarmaq barədə qərar vermədiyini bildirib.
O, jurnalistlərin “İran və Amerika arasında nüvə danışıqlarının uğura yaxınlaşması” barədə sualı şərh edərkən deyib ki, “danışıqlarda irəliləyişin olmasına baxmayaraq, bunun müsbət sonuclanacağı və kəsin razılaşma əldə ediləcəyindən arxayın deyiləm.”
İran və Amerika Co Bayden vəzifəyə gələndən bəri nüvə danışıqlarını canlandırmaq üçün dolayı danışıqlara başlayıb, ancaq hələ bir nəticə əldə edilməyib.
Həmin gün Yevrossəlimdə İsrail rəsmiləri ilə görüşən Amerika dövlət katibi Antoni Blinken müxbirin “İnqilab Keşikçiləri Korpusu xarici terror təşkilatıdırmı?” sualına cavab olaraq “İnqilabı Keşikçiləri Korpusu Amerika hökumətindən ən çox titul, o cümlədən xarici terror təşkilatı adı alan təşkilatdır”-deyə, cavab verib.
İran Donald Tramp dövründə tətbiq edilən bütün sanksiyaların ləğvini tələb edir. Birləşmiş Ştatlar isə İranın MAQATE qarşısında öhdəlik götürəcəyi təqdirdə nüvə sanksiyalarının ləğv ediləcəyini bildirir.
Qeyd edək ki, İranın əsas şərtlərindən biri İran İnqilab keşikçiləri təşkilatının terrorçu qruplar siyahısından çıxarılmasıdır.
Amerikanın bir çox siyasətçiləri ilə yanaşı, bir sıra dövlət başçıları, İranın müxalif təşkilatları və insan haqları müdafiə qurumları bunun baş verməməsi üçün Co Bayden hökumətinə çoxsaylı müraciətlər ediblər.

Bu xəbər oxucular tərəfindən 1251 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |