Şrift:
Monteneqroda yerli idarəetmə orqanlarına seçkilər keçirilib
29.03.2022 [09:27] - Xəbərlər, Siyasət
Monteneqronun Berane və Ülgün bələdiyyələrində seçkilər keçirilib.

37 mindən çox insanın səsvermə hüququna malik olduğu seçkilərin nəticələrinin yeni hökumətin formalaşdırılması üzrə danışıqlarda bəzi partiyaların sövdələşmələrini gücləndirəcəyi gözlənilir.

“URA Hərəkatı”nın rəhbəri Dritan Abazoviç seçkilərin nəticələri açıqlandıqdan sonra yeni hökumətin tezliklə qurulacağını bildirib.

Qeyd edək ki, Monteneqroda yeni hökuməti “URA Hərəkatı”nın rəhbəri D.Abazoviç formalaşdıracaq.
Bu xəbər oxucular tərəfindən 398 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed