29.03.2022 [09:42] - Xəbərlər, Mədəniyyət
Finlandiya Ukraynanın ən böyük muzeylərindən birinin incəsənət əsərlərinin qorunub saxlanmasına yardım edəcək.
Finlandiya KİV-lərinə istinadla xəbər verir ki, Milli Qədim Əsərlər Şurası, Finlandiya Milli Muzeyi və Milli Qalereyası Ukraynanın mədəni irsinin qorunması məqsədilə yardımın göstərilməsi ilə bağlı tədbirlərə başlayıb.
Müvafiq qərar Avropa muzeylərinin, o cümlədən fin muzeylərinin Ukraynadan yardım göstərilməsi ilə bağlı çoxlu sayda sorğuların almasından sonra qəbul edilib.
Finlandiya artıq Lvov Milli Muzeyinin müdafiəsi ilə bağlı işə başlayıb. Belə ki, Ukraynanın muzey rəhbərliyi qablaşdırma materialları, o cümlədən xüsusi qutular, incəsənət əsərlərinin qorunması üçün Finlandiyaya materiallar göndərib.
Qeyd edək ki, Lvovdakı Andrey Şeptitski adına Milli Muzeydə ən zəngin sənət kolleksiyaları, çox dəyərli tarixi-mədəni artefaktlar, dini ikonalar və qədim əlyazmalar var.

Bu xəbər oxucular tərəfindən 665 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |