29.03.2022 [10:04] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Hökmə görə, milli fəal 1 il həbs cəzasına məhkum olmaqla yanaşı sosial mediada fəaliyyəti və ölkədən çıxmasına 2 il qadağa qoyulub.
Qərar İnqilab Məhkəməsinin 2-cü bölməsinin başçısı Fəthnəjad tərəfindən verilib və şifahi olaraq Yusif Sələhşurun vəkili Əsgər Məhəmmədiyə bildirilib.
Bundan öncə Şərqi Azərbaycan əyalətinin Apellyasiya Məhkəməsinin 36-cı bölməsində Əli Əhmədinin başçılığı ilə keçirilən məhkəmə toplantısında Təbrizdə yaşayan milli-mədəni fəal Yusif Sələhşur barədə yeni qərar çıxarılıb.
Milli fəala qarşı irəli sürülən “səs-küy salmaq və qanunsuz aksiyaya qoşulmaqla ictimai asayişi pozmaq” ittihamından bərat hökmü vermişdi.
Qeyd edək ki, iyulun 24-də Təbrizdə Əhvaz ərəblərinin su üsyanına dəstək mitinqi keçirilib.
Aksiyada “Azərbaycan Əl-Əhvaz, İttihad ittihad” və kimi şüarlar səsləndirilib.
Təbriz sakinləri bu aksiya ilə hökumətin digər millətlərə qarşı ayrı-seçkilik siyasətinə etiraz edib.
Etiraz aksiyası keçirilən gün, ondan öncə və sonrakı günlərdə onlarla azərbaycanlı fəal saxlanılıb.
Saxlanılanlar dindirildikdən sonra Təbriz zindanına köçürülüb, sonradan ağır girov qarşılığında müvəqqəti olaraq məhkəməyə qədər azadlığa buraxılıb.

Bu xəbər oxucular tərəfindən 2366 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |