30.03.2022 [09:49] - Gündəm, İdman
Martın 29-da kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında növbəti turun oyunları keçirilib.
“Sərhədçi” İdman Olimpiya Mərkəzində təşkil olunan XIV tura MOİK – “Murov” matçı ilə start verilib.
Qarşılaşma “Murov”un üstünlüyü ilə başlayıb. Fərid Cəlalovun komandası ilk hissəni 25:18 hesabı ilə aktivinə yazıb. Növbəti 2 hissədə də rəqibindən üstün oyun nümayiş etdirən “Murov” 3 xalı 3 setlə qazanıb - 3:0 (25:18, 25:23, 25:8).
Günün ikinci matçında “Sərhədçi” “Ekspress”lə görüşüb. Bu qarşılaşmada isə qalib 4 hissədə müəyyən olunub. İlk iki setdə 25:22, 27:25 hesabı ilə qalib gələn “Sərhədçi” üçüncü hissəni 13:25 hesabı ilə məğlub olub. Dördüncü set isə matçda sonuncu olub. “Sərhədçi” bu seti 25:23 hesabı ilə qalib gələrək, çempionatda ilk qələbəsini qazanıb-3:1 (25:22, 27:25, 13:25, 25:23).
Beləliklə, XIV turdan sonra “Murov” 29 xalla turnir cədvəlinə liderlik edir. Bu turda istirahət edən “Neftçi”nin 28, MOİK-in 18, “Ekspress”in 6, “Sərhədçi”nin 3 xalı var.

Bu xəbər oxucular tərəfindən 462 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |