30.03.2022 [10:16] - Xəbərlər, İqtisadiyyat
Özbəkistan 5 milyard dollar dəyərində olan Transəfqanıstan dəmir yolunun tikintisinə başlayıb.
Özbəkistan İnvestisiya və Xarici Ticarət Nazirliyinin mətbuat xidmətinə istinadla xəbər verir ki, bu haqda Özbəkistanın Termez şəhərində keçirilən Özbəkistan-Əfqanıstan-Pakistan nümayəndələrinin görüşündə məlumat verilib.
Üçtərəfli görüşdə ölkələr arasında investisiya, ticarət-iqtisadi, nəqliyyat və logistika sahələrində əməkdaşlıq məsələləri, həmçinin “Termez-Məzari Şərif-Kabil-Peşavar” Transəfqanıstan dəhlizinin tikintisi layihəsi ətraflı müzakirə olunub.
Bildirilib ki, dəmir yolu regionun inkişafında mühüm rol oynayacaq və bu dəhliz gələcəkdə Çinin “Bir kəmər, bir yol” layihəsinə qoşula bilər.
Tədbirdə bu ölkələr arasında avtomobil yolu ilə daşımaların həyata keçirilməsi məsələləri də diqqət mərkəzində olub.
Görüşün yekununda Əfqanıstan və Pakistanın şirkətləri arasında əməkdaşlıq haqqında memorandumu imzalanıb.

Bu xəbər oxucular tərəfindən 1009 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |