Şrift:
Bursada TÜRKSOY-un Mədəniyyət nazirlərinin Daimi Şurasının fövqəladə iclası keçiriləcək
30.03.2022 [10:18] - Gündəm, Türk dünyası-Turan
Martın 31-də Türkiyənin Bursa şəhərində Beynəlxalq Türk Mədəniyyəti Təşkilatına (TÜRKSOY) üzv ölkələrin Mədəniyyət nazirlərinin Daimi Şurasının fövqəladə iclası keçiriləcək.

İclasda Azərbaycanı mədəniyyət naziri Anar Kərimovun rəhbərliyi ilə nümayəndə heyəti təmsil edəcək. İclas təşkilati və cari məsələlər baxacaq.

İclasın qərar və qətnamələri imzalanandan sonra nəticələrlə bağlı mətbuat konfransı olacaq.

Qeyd edək ki, martın 30-da “Bursa-2022” türk dünyasının mədəniyyət paytaxtı açılış mərasimi baş tutacaq. Beynəlxalq Türk Mədəniyyəti Təşkilatına üzv ölkələrin Mədəniyyət nazirlərinin Daimi Şurasının iclasında ölkələri təmsil edən rəsmi heyətlər, türk dünyasından, eləcə də beynəlxalq təşkilatlardan çox sayda qonağın iştirakı ilə keçiriləcək açılış mərasimi rəsmi hissə və zəngin bədii proqramdan ibarətdir.

Bursa türk dünyası mədəniyyət paytaxtı estafetini Özbəkistanın Xivə şəhərindən qəbul edib.
Bu xəbər oxucular tərəfindən 4585 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed