Şrift:
MDH-nin soyqırımla bağlı Beynəlxalq Təşkilatlara MÜRACİƏTİ
30.03.2022 [21:25] - Xəbərlər, Siyasət, Siyasi partiyalar, Özəl xəbər, Fərəc Quliyev
Ulu Millətim! Unutmayaq ki,düşmənlərimiz hər fürsətdən,o cümlədən unutqanlığımızdan tarixən yararlanıblar.Unutmayaq!




31 mart - Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar Milli Dirçəliş Hərəkatı (MDH) partiyasının bəyanatı.

Türk etnosuna məxsus ərazilərdə öz dövlət maraqlarını həyata keçirmək,Türkü dövlətsiz qoymaq və bu önəmli coğrafiyalarda geosiyasi məqsədlərini həyata keçirmək üçün 100 il əvvəl böyük düşmən dövlətlər məlum “Şərq” siyasətini həyata keçirməyə start verdilər. Məqsədlərinə çatmaq üçün ən müxtəlif vasitə və maşalardan istifadə edənlər erməni faktorunu da unutmadılar. Ermənilər mifik “Böyük Ermənistan” ideyasının gerçəkləşdirməsi ilə ruhlandıraraq tarixin müxtəlif mərhələlərində soydaşlarımıza qarşı etnik təmizləmə, deportasiya və soyqırımları həyata keçirdilər. Bu faciələrdən biri də 1918-ci ilin mart-aprel aylarında daşnak-bolşevik silahlı dəstələri adı altında həyata keçirilən kütləvi qırğınlardır. Azğınlaşmış erməni faşistləri Bakı şəhərində, habelə Bakı quberniyasına daxil olan digər şəhər və qəzalarda, sonrakı dövrlərdə Qarabağ, Zəngəzur, Naxçıvan, Şirvan, İrəvan və digər bölgələrdə kütləvi qətllər, talanlar və etnik təmizləmələr həyata keçirdilər. Bu ərazilərdə yaşayış məntəqələri mədəniyyət abidələri, məscid və qəbiristanlıqlar yerlə-yeksan edilmiş, on minlərlə dinc sakin məhz etnik və dini mənsubiyyətinə görə kütləvi surətdə qətlə yetirilmiş, öz torpaqlarından qovulmuşdur.
Dinc azərbaycanlıların qırğınında təkcə Bakı şəhərində Bakı Sovetinin 6 min silahlı əsgəri, eyni zamanda “Daşnaksutyun” partiyasının 4 minlik silahlı dəstəsi iştirak etmiş , daxil olduqları ərazilərdə uşaqdan böyüyədək hər kəsi qətlə yetirmişlər;
Şamaxının 72 kəndində ermənilər tərəfindən 7 min nəfərin, o cümlədən 1653 qadın və 965 uşağın öldürdüyü ,18 mindən çox adamın didərgin düşdüyü 1918-ci il iyulun 15-də yaradılmış Fövqəladə İstintaq Komissiyası tərəfindən qeydə alınıbdır.
Qubadakı soyqırım zamanı öldürülənlərin sayının 4000 nəfərdən artıq olduğu qeyd olunur. Bu soyqırımı nəticəsində Quba qəzasının 122 kəndi tamamilə dağıdılmış, 2750-dən çox ev yandırılmışdır.
Ötən illər ərzində aparılmış araşdırmalar sayəsində bir çox yeni faktlar və sənədlər toplanıb, Quba şəhərində kütləvi məzarlıq aşkarlanıb. Üzə çıxmış tarixi faktlar 1918-ci ilin mart-aprel aylarında və sonrakı dövrlərdə erməni faşistlərinin həyata keçirdikləri qanlı aksiyaların coğrafiyasının daha geniş , faciə qurbanlarının sayının qat-qat çox olduğunu sübuta yetirir.
Ümumilikdə 1918-ci ilin mart-iyul aylarında Azərbaycanın demək olar ki, bütün ərazilərində dinc əhaliyə qarşı soyqırım törədilmiş, 50 mindən çox soydaşımız erməni faşizminin qurbanı olmuşdur.
Cəzasızlığın soyqirim siyasətinin dövlət siyasətinə çevrilməsinə səbəb olduğu beynəlxalq ictimaiyyətə yaxşı məlumdur. 1918-ci ildəki soyqırımdan 74 il sonra Xocalida soyqırım törədən Ermənistanın keçmiş prezidenti Sarkisyan beynəlxalq trubinadan etiraf etmişdir: ”Biz Xocalıda dinc əhalini bilərəkdən qırdıq ki,Azərbaycanlılar dinc əhaliyə toxunmayacağımızı düşünməsinlər”.
Özünü mədəni ,ədalətli hesab edən dövlət və millətlərin,Beynalxalq təşkilatların bu ümumbəşəri faciəyə müvafiq qiymət verməsinin vacibliyini bir daha qeyd edirik.

Milli Dirçəliş Hərəkatı (MDH) partiyası mətbuat xidməti.


Ps: Bəyanat Azərbaycandakı bütün səfirlik və Beynalxalq təşkilatlara göndərildi.
Bu xəbər oxucular tərəfindən 9081 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed