31.03.2022 [10:23] - Gündəm, Türk dünyası-Turan
Parisdə Fransa Şərq Dilləri və Sivilizasiyaları İnstitutunda (İNALCO) “Türk Mədəniyyəti və Dilləri Günü”nə həsr edilmiş tədbir keçirilib.
Ölkəmiz Azərbaycanın Fransadakı səfirliyinin dəstəyi və “Caspian Research Center” Assosiasiyasının təşkilatçılığı ilə tədbirdə təmsil olunub.
“Türk Mədəniyyəti və Dilləri Günü” ADƏT dərnəyinin təşkilatçılığı ilə İNALCO-da təhsil alan türk ölkələri tələbələri tərəfindən qeyd edilib. Tədbirdə müxtəlif türk ölkələrinin milli adət-ənənələri təqdim olunub.
Azərbaycan stendində ölkəmizin tarixi, mədəniyyəti, mətbəxi haqqında, eləcə də Xocalı soyqırımına dair Heydər Əliyev Fondu tərəfindən fransız dilində dərc edilmiş kitablar nümayiş olunub.
Tədbirə səfirliyimizin diplomatı Günel Zülfüqarova da qatılıb və tələbələrə ölkəmizin tarixi və mədəniyyətindən danışıb. “Caspian Research Center” Assosiasiyasının təsisçilərindən olan Adela Naibova milli rəqsimizi təqdim edib.
“Türk Mədəniyyəti və Dilləri Günü” çərçivəsində Azərbaycan paxlava və şəkərburası da daxil olmaqla, türk ölkələrinin milli şirniyyatları İNALCO tələbələrinə təqdim olunub.
Qeyd edək ki, müxtəlif dərnəklərin tələbə üzvlərinin təşəbbüsü ilə keçirilən mədəniyyət günləri hər kəs üçün açıq olan müxtəlif fəaliyyətlər təklif edərək, müxtəlif coğrafi ərazilərin mədəniyyətlərini tanıtmaq məqsədi daşıyır.
Koronavirus böhranından sonra uzun müddət təxirə salınmış mədəniyyət günləri yenidən türk tələbələrinin ADET dərnəyinin təşkilatçılığı ilə türk mədəniyyətini şərəfləndirərək, dillər və sivilizasiyalar qütbünü yenidən canlandırıb.

Bu xəbər oxucular tərəfindən 4686 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |