Şrift:
Şuşa şəhərinin 270 illiyinə həsr edilən beynəlxalq konfransa məqalə qəbulu yekunlaşır
31.03.2022 [10:25] - Gündəm, Mədəniyyət
Azərbaycan Milli Elmlər Akademiyasının Elm Tarixi İnstitutu mayın 8-də Şuşa şəhərinin 270 illiyinə həsr olunan “Azərbaycanın elm və mədəniyyət mərkəzi - Şuşa” mövzusunda beynəlxalq elmi konfrans keçirəcək. Beynəlxalq konfrans Prezident İlham Əliyevin Azərbaycan Respublikasında 2022-ci ilin “Şuşa İli” elan edilməsi haqqında Sərəncamından irəli gələn tapşırıqların icrası çərçivəsində təşkil olunacaq.

İnstitutdan bildirilib ki, konfransa məqalə qəbulu sabah yekunlaşır. Alimlər, elmi işçilər, doktorant və magistrlər məruzə və məqalələrini Azərbaycan, türk, ingilis və ya rus dillərində aprelin 1-dək elmtarixi@gmail.com ünvanına göndərilməlidir. Konfrans Azərbaycanın mədəniyyət paytaxtı olaraq Şuşanın tarixi, Azərbaycan ədəbi irsində yeri, Şuşada incəsənət və memarlıq nümunələri, dini-mədəni abidələr, Şuşanın geosiyasi əhəmiyyəti və 44 günlük Vətən müharibəsində qazandığımız Zəfər və digər mövzuları əhatə edəcək.

Qeyd edək ki, konfransın keçirilməsində məqsəd şəhərin tarixinin, görkəmli şəxsiyyətlərinin, milli-mənəvi və sosial-mədəni irsinin ədəbiyyat, incəsənət, memarlıq, din, fəlsəfə və digər aspektlərdən araşdırılmasıdır.
Bu xəbər oxucular tərəfindən 908 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed