31.03.2022 [11:01] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Stadionun qapıları arxasında qalan qadınlar etiraz aksiyası keçirdikləri üçün polis və İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) əməkdaşları onlara qarşı gözyaşardıcı bibər qazından istifadə edib.
Xorasan-i Rəzəvi əyalətinin İdman və Gənclər İdarəsinin başçısı Əliəkbər Cəvahiri Haşimi mediaya verdiyi açıqlamada məsələnin onlarla heç bir əlaqəsi olmadığını deyib.
“Biz bu məsələdə heç bir qərar verə bilmirik. Son dəqiqələrdə Tehrandan qadınların stadiona buraxılmaması ilə bağlı göstəriş verildi”-deyə, o bildirib.
Qadınlara qarşı qəddar davranışa münasibət bildirən bir sıra İran rəsmilərinin qəribə açıqlama vermələri sosial media istifadəçilərinin hiddətinə səbəb olub.
Rəsmilər problemi stadionda yer olmaması və qadınlara saxta bilet satılması ilə əlaqələndiriblər.
Bundan öncə İran hökumətində təmsil olunmuş şəxslər, media nümayəndələri və insan haqları fəalları İran hökumətinin davranışını Əfqanistanda Taliban hərəkatının qadınlara qarşı olan davranışı ilə oxşar olduğunu bildiriblər

Bu xəbər oxucular tərəfindən 2348 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |