Şrift:
Azərbaycanda mina probleminə həsr olunmuş beynəlxalq konfrans keçirilir
01.04.2022 [10:46] - Xəbərlər, Siyasət
Aprelin 1-də Bakıda Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) və BMT-nin İnkişaf Proqramının (UNDP) birgə təşkilatçılığı ilə “Humanitar minatəmizləmə fəaliyyəti və dayanıqlı inkişaf məqsədləri” mövzusunda konfrans keçirilir.

Konfrans insanların həyatı və normal yaşayış şəraiti üçün mina təhlükələrinin aradan qaldırılmasında humanitar minatəmizləmə fəaliyyətinin əhəmiyyətini müzakirə etmək məqsədilə beynəlxalq ictimaiyyət, mina əməliyyatları üzrə operator, dövlət qurumları və vətəndaş cəmiyyətindən olan mühüm simaları hibrid formatda bir araya gətirir.

Tədbir uzunmüddətli sülh və sosial-iqtisadi inkişaf üçün humanitar minatəmizləmə fəaliyyətinin potensialı ilə 2030-cu ildə davamlı inkişaf gündəliyinin nailiyyəti arasındakı əlaqələri, hər yerdə zorakılığın və onunla bağlı ölüm hallarının bütün formalarını əhəmiyyətli dərəcədə azaltmağa çalışan 16-cı dayanıqlı inkişaf məqsədlərini araşdıracaq. Xüsusi olaraq minatəmizləmənin Azərbaycanın işğaldan azad edilmiş ərazilərində yenidənqurma və bərpa işlərindəki rolu prizmasından da qiymətləndiriləcək, ölkəmizdə minatəmizləmə sahəsində görülmüş genişmiqyaslı işlər barədə məlumat veriləcək.
Bu xəbər oxucular tərəfindən 625 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed