01.04.2022 [10:48] - Gündəm, Sağlıq
Çinin maliyyə mərkəzi və ən iri liman şəhəri olan Şanxayda COVID-19 virusunun yayılması səbəbindən tətbiq olunan qapanmanın ikinci mərhələsi başlayıb.
Bu mərhələdə aprelin 1-dən 5-dək şəhəri yarıya bölən Huanpu çayının qərb sahilindəki 12 rayonda qapanma tətbiq olunacaq. Pusi adlanan bu ərazidə sakinlərin evlərini tərk etməsinə icazə verilmir. Bundan başqa, şəhərdaxili avtobusların, metronun, taksilərin, bərələrin hərəkəti dayandırılıb. Virusa yoluxma hallarını müəyyən etmək üçün qapanma tətbiq olunan ərazidə yaşayan təxminən 16 milyon nəfər 2 dəfə kütləvi test prosesində iştirak edəcək. Bunun üçün bir neçə min səyyar məntəqə təşkil olunub və 20 minə yaxın tibb işçisi prosesə cəlb edilib.
Kütləvi test prosesinə qoşulmayan sakinlərin sağlamlıq haqqında elektron arayışları (QR kod) ləğv olunacaq və onların ictimai məkanlara girişinə icazə verilməyəcək. Bundan başqa, epidemiya əleyhinə qaydalara tabe olmayanlar qanunlara uyğun olaraq cəzalandırılacaq. Qapanma tətbiq olunan ərazidəki müəssisələr qapalı rejimdə fəaliyyət göstərir və ya mümkün olduğu halda əməkdaşlar evdən distant formada çalışırlar. Bu, Çində Uhan qapanmasından sonra ən irimiqyaslı qapanmadır. Hazırkı qapanma elan olunanadək Şanxayın bir neçə məhəlləsində artıq qapanma tətbiq olunurdu. Bundan başqa, bəzi iş yerləri, mədəniyyət və istirahət mərkəzləri, o cümlədən “Disneyland”, “Tesla” avtomobil zavodu fəaliyyətini dayandırıb. Martın 11-dən isə Şanxayın bütün orta məktəblərində əyani tədris müvəqqəti olaraq dayandırılıb. Şəhərdə virusa yoluxmaların çoxalması fonunda sərgi zallarında, idman komplekslərində simptomsuz və yüngül simptomlu pasiyentlərin yerləşdirilməsinə başlanılıb. Həmin məkanlara 35 min pasiyentin yerləşdirilməsi planlaşdırılıb.
Epidemiya ilə mübarizə üçün Çinin digər bölgələrindən Şanxaya tibb işçiləri ezam olunublar. Şəhərdəki təcili tibbi yardım avtomobillərinin sayı 50 faiz artırılıb.
Qapanma tətbiq olunan məhəllələrdə yaşayan sakinlərin ərzaq və gündəlik tələbat malları ilə təminatı üçün qüvvələr səfərbər edilib.
Şanxay bələdiyyə hökumətinin baş katibi Ma Çunley qapanmanın yaratdığı narahatlığa görə şəhər sakinlərindən üzr istəyib və yerli hökumətin “omikron” ştamının yayılmasını ciddiyə almadığını, virusla mübarizəyə kifayət qədər hazır olmadığını bildirib.
Xatırladaq ki, Şanxaydakı qapanmanın birinci mərhələsində martın 28-dən aprelin 1-dək Huanpu çayının şərq sahilində qapanma tətbiq olunub. Bu müddətdə təxminən 9 milyon sakin PZR testi verib. Huanpu çayının şərq sahilində qapanma başa çatsa da, aparılmış kütləvi test prosesi zamanı yoluxmaların aşkarlandığı məhəllələrdə yoluxma sayına əsasən “tam qapalı”, “nəzarət olunan” və “ehtiyatlı” kateqoriyalı zonalar müəyyən edilib. Bu zonalarda qapanma tədbirləri müxtəlif formalarda daha 7-14 gün davam edəcək.
Qeyd edək ki, martın əvvəlindən etibarən Çinin müxtəlif yaşayış məntəqələrində, eləcə də 25 milyon əhalisi olan Şanxayda virusa yoluxmalar davamlı çoxalır. Artıq Çinin 93 şəhərində virusa yoluxmalar qeydə alınıb. Ötən sutka 1787 təsdiqlənmiş və 5442 asimptomatik (xəstəlik əlaməti olmayan) yerli yoluxma aşkarlanıb. Şanxayda isə 358 təsdiqlənmiş və 4144 asimptomatik hal aşkarlanıb.

Bu xəbər oxucular tərəfindən 4516 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |